Ən son xəbərlər

Son buraxılış
Arxiv

Taxıl səpini vaxtında və keyfiyyətlə aparılmalıdır

Taxıl səpini vaxtında və keyfiyyətlə aparılmalıdır

Taxıl istehsalının artırılmasının əsas yolları fermerlərin tələbatına uyğun qısa rotasiyalı əkin dövriyyələrinin, torpaq becərmələrinin və gübrə verilməsinin səmərəli üsullarının, optimal səpin müddəti və normalarının, yeni intensiv sortların təsərrüfatlara tətbiqindən, keyfiyyətli toxum materialından istifadə edilməsindən və əkinlərin xəstəlik, ziyanverici və alaqlardan mühafizə olunmasından ibarətdir Göstərilən becərmə kompleksinə daxil olan əhəmiyyətli tədbirlərdən biri taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Keyfiyyətli və vaxtında səpin aparmaqla sağlam və kütləvi cücərtilərin alınması gələcək məhsulun əsası deməkdir.

Bununla əlaqədar olaraq dağlıq və dağətəyi bölgələrdə fermerlərin elit və reproduksiyalı toxuma olan tələbatının vaxtında ödənilməsi səpinin optimal müddətdə həyata kecirilməsinə zəmin yaratmışdır. Bu rayonlarda əsasən toxumluq sahələrin əkini başa çatmaq üzrədir. Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında fəaliyyət göstərən 28 toxumçuluq təsərrüfatında 6,9 min hektara yaxın payızlıq buğda və arpa səpilib. Quba-Xaçmaz  bölgəsində (Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən) isə 36 özəl toxumçuluq təsərrüfatında 7,3 min hektara yaxın toxumluq sahə əkilib.                                    

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

6 Dekabr 2018 19:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin