Ən son xəbərlər

Son buraxılış
Arxiv

Siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirlərinə başlanılıb

Siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirlərinə başlanılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Şəki, Qax, Zaqatala və Qobustan rayonlarında kənd təsərrüfatı bitkilərinin xüsusu təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir.

Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Qayabaşı, Sarıca, Qaratorpaq, Bolludərə, Turan, Suçma, Böyük Dəhnə, Baş Layıqçı, Baş Göynük, Şin, Çayqaraqoyunlu və Səbətli kəndlərini əhatə edən 22800 hektar sahədə fitosanitar müşahidələr aparılıb və 20350 hektar sahənin adıçəkilən zərərverici ilə sirayətləndiyi müəyyən edilib. Ümumilikdə 12750 hektarda kimyəvi mübarizə tədbirləri aparılıb ki, bunun da 8663 hektarı dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilib.

Qax, Zaqatala və Qobustan rayonlarında da adıçəkilən zərərvericilərə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri başlayıb. Bildirək ki, kimyəvi mübarizə tədbirləri zamanı brodifak 0.25% (0,03 kq/ha – 150 ədəd i.y.) preparatından istifadə olunub. Mübarizə tədbirləri ilə yanaşı, fermerlər və təsərrüfat subyektlərinin rəhbərləri ilə maarifləndirici söhbətlər aparılıb, təhlükəsizlik haqqında təlimat və tövsiyələr, broşurlar təqdim olunub.                     

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

6 Dekabr 2018 19:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin