Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA prezidentinin başçılıq etdiyi nümayəndə heyəti Kiyevdə səfərdədir

AMEA prezidentinin başçılıq etdiyi nümayəndə heyəti Kiyevdə səfərdədir

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Kiyevə səfər edib. Məqsəd Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) yaranmasının və bu qurumun rəhbəri, AMEA-nın fəxri üzvü, akademik Boris Patonun 100 illik yubileyləri ilə bağlı keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir.

www.science.gov.az saytı yazır ki, təntənəli yubiley tədbirindən öncə akademik Akif Əlizadə Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Azərbaycanın Ukraynadakı səfirliyinin binasında keçirilən görüş tələbələrin problemlərini və təkliflərini dinləmək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görüləcək işləri müzakirə etmək məqsədi daşıyıb.

AMEA rəhbəri tələbələrə təhsil aldıqları sahə üzrə yüksəkixtisaslı kadr, müasir dövrün tələblərinə cavab verən mütəxəssis kimi yetişməyi arzulayıb, onlara Ukraynanın aparıcı elm və təhsil qurumlarının təcrübəsinin öyrənilməsi və Azərbaycanda tətbiqi ilə bağlı tövsiyələr verib. Ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev isə çıxışında azərbaycanlı tələbələri daha aktiv olmağa çağırıb. O, səfirliyin gənclərin kreativ layihələrini dəyərləndirməyə hazır olduğunu bildirib.

Daha sonra tələbələr müxtəlif təkliflərlə çıxış ediblər.

AMEA nümayəndə heyətinin üzvləri, həmçinin UMEA-nın baş elmi katibin birinci müavini, müxbir üzv Vladimir Emelyanovla və tanınmış geoloq-alim, Ukraynanın Əməkdar elm və texnologiya üzrə xadimi, Beynəlxalq Avrasiya Elmlər Akademiyasının həqiqi üzvü Yevgeni Şnyukovla görüşüblər. 

Görüşlərdə müvafiq elm sahələrində birgə tədqiqatların həyata keçirilməsi və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

6 Dekabr 2018 18:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin