Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşının həmmüəllifi olduğu layihə “Bakutel-2018” sərgisində nümayiş olunur

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşının həmmüəllifi olduğu layihə “Bakutel-2018” sərgisində nümayiş olunur

AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” elm-kompüter şəbəkəsinin əməkdaşı Aydın Qurbanlının “Gonex” layihəsi “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində nümayiş olunur.

Qeyd edək ki, “Gonex” gənclərə informasiya texnologiyaları sahəsində real iş imkanları təklif edən, onların virtual layihələrlə işləyib təcrübə qazanmasına kömək edən platformadır. Layihənin əməkdaşlıq etdiyi şirkətlər bu platforma vasitəsilə gənclərlə əlaqə saxlayaraq onlara iş imkanları təklif edirlər.

www.science.gov.az saytı yazır ki, A.Qurbanlının Bakı Mühəndislik Universitetinin informasiya texnologiyaları fakültəsinin 3-cü kurs tələbəsi Adil Qafarlı ilə birgə hazırladığı “Gonex” layihəsi sərgi iştirakçılarının böyük marağına səbəb olub. 

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

6 Dekabr 2018 18:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin