Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tətbiqi və Hesablama Riyaziyyatı” jurnalı “Web of Science Azerbaijan-2018” mükafatına layiq görülüb

 Tətbiqi və Hesablama Riyaziyyatı” jurnalı “Web of Science Azerbaijan-2018” mükafatına layiq görülüb

Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunmuş tədbirdə “Clarivate Analytics” tərəfindən “2015-2018-ci illərdə “Web of Science” elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər” adlı təqdimat olub və “Web of Science Azerbaijan-2018” mükafatları təqdim edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və AMEA-nın dəstəyi ilə BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda buraxılan “Tətbiqi və Hesablama Riyaziyyatı” (”Applied and Computational Mathematics”) jurnalı “Web of Science Azerbaijan-2018” mükafatına layiq görülüb.

www.science.gov.az saytı yazır ki, mükafat jurnalın baş redaktoru, Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyevə təqdim edilib.

Qeyd edək ki, 2002-ci ildən buraxılan “Tətbiqi və Hesablama Riyaziyyatı” jurnalı Azərbaycanın elm tarixində ilk və yeganə elmi nəşr olaraq 2008-ci ildə “Thomson Reuters” agentliyinin (indiki “Clarivate Analytics”) genişləndirilmiş siyahısına daxil edilib. Jurnal 2010-cu ildən impakt faktor (keyfiyyət dərəcəsi) alıb.  “Tətbiqi və Hesablama Riyaziyyatı” “Web of Science” təşkilatının yeganə impakt faktorlu Azərbaycan elmi jurnalıdır.                                                   

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

6 Dekabr 2018 18:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin