Ən son xəbərlər

Son buraxılış
Arxiv

Genetik Ehtiyatlar İnstitutu Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək

Genetik Ehtiyatlar İnstitutu Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edəcək

AMEA-nın Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (KTN) Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) arasında elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb.

www.science.gov.az saytı yazır ki, beş il müddətinə imzalanmış müqavilənin tələblərinə əsasən, dənli-taxıl və paxlalı bitkilərin yeni sortlarının yaradılması, sözügedən bitki kolleksiyalarının gen spesifik markerlərlə identifikasiyasının aparılması, pasportlaşdırılması, birgə seleksiya işlərinin həyata keçirilməsi, ilkin toxumçuluğun qurulması, elmi-praktiki konfranslar və tarla günlərinin təşkili, kadr hazırlığı, gənc tədqiqatçıların elmi-tədqiqat işlərinə cəlb edilməsi və s. kimi məsələlər nəzərdə tutulub.

Sənədi GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Azərbaycan Respublikası KTN ƏETİ-nin direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Cavanşir Təlai imzalayıblar.
 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

6 Dekabr 2018 18:23 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin