Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilib

Məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Zəngilan Rayon Baytarlıq İdarəsinin səyyar baytar həkim briqadası tərəfindən zəngilanlı məcburi köçkünlərin saxladıqları mal-qaraya baytarlıq baxışı keçirilib.

Epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar zəngilanlılara məxsus mal-qara saxlanılan binaların dezinfeksiyası və dezinseksiyası da aparılıb. Qışlamaya hazırlıq ilə əlaqədar olaraq Saray qəsəbəsində məskunlaşan Elçin Arifoğlunun təsərrüfatına baxış keçirilib, 642 kvadratmetr ərazidə dezinfeksiya işləri icra edilib. Dezinfeksiya və dezinseksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr də verilib.

Qeyd edək ki, cari ilin müvafiq dövrü ərzində Zəngilan Rayon Baytarlıq İdarəsi 11077 kvadratmetr sahədə dezinfeksiya tədbirləri aparıb, təsərrüfatlarda saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinələri icra ediblər. Həmçinin, 200 baş iribuynuzlu və 120 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) burselyoz xəstəliyinə görə qan nümunələri alınaraq müayinə edilib. Eləcə 120 baş qoçda infeksion epidedimitə görə müayinələr aparılıb və yoluxma aşkar edilməyib.

Baytarlıq idarəsinin əməkdaşları heyvanlar arasında profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri aparmaqla yanaşı, mütəmadi olaraq fermerlər, heyvan sahibləri arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri də həyata keçirir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 Dekabr 2018 17:59 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
10 Dekabr 2018 | 16:23
Dünyanın ən yaxşı dostuna

Ən son xəbərləri səhifəmizdən də izləyin