Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aparılan islahatlar səmərəli iş metodlarının yenidən qurulmasına xidmət edir

Aparılan islahatlar səmərəli iş metodlarının yenidən qurulmasına xidmət edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sosial sahənin inkişafı və bu sahədə əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı islahatlar proqramına uyğun olaraq görülən işlər sosial xidmət, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin müasir dünya təcrübəsindəki səmərəli iş metodlarının, fərdi reabilitasiya proqramlarının tətbiqi ilə yenidən qurulmasına, bu sahələrdə sosial reabilitasiya istiqamətinin gücləndirilməsinə xidmət edir.

Qeyd edilıb ki, ölkədə 15 min insan stasionar və səyyar formada sosial xidmətlərlə təmin olunur. Nazirliyin 14 bərpa mərkəzində fiziki məhdudiyyətli insanlara əsasən tibbi reabilitasiya xidmətləri göstərildiyindən, həmin müəssisələrin fəaliyyətində sosial reabilitasiya tədbirləri genişləndiriləcək. Mərkəzlərdə bir sıra neqativ halların aradan qaldırılması işləri aparılımaqla, əməkdaşların əmək funksiyalarının icrası zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Diqqətə çatdırılıb ki, artıq “Əlilliyi olan şəxslərin bərpa mərkəzlərinin inkişaf Konsepsiyası”nın, eləcə də “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti qaydası”nın, “Fərdi reabilitasiya və abilitasiya proqramının hazırlanması və həyata keçirilməsi qaydası”nın, “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün standartlar”ın və s. layihələri işlənib hazırlanıb.

Qeyd edilıb ki, sosial xidmət və reabilitasiya sahələrində kadr personalının bilik və peşəkarlıq səviyyələrinin artırılması, əlilliyin qiymətləndirilməsi meyarlarının mütərəqqi beynəlxalq standartlara uyğunlaşdırılması və s. kimi vacib istiqamətlərdə də işlər aparılır. Həmçinin nazirliyin sifarişi ilə sosial obyektlərin tikintisi və təmiri sahələrində işlərin sürətlə  və keyfiyyətlə  aparılmasının əsas vəzifələrdən olduğu bildirilıb. Mərdəkan Müalicə Pansionatında, Naftalan şəhərindəki və Yevlax rayonundakı Əlilliyi olan şəxslərin Bərpa Mərkəzlərində təmir işləri sürətləndirilib.

İclasda sosial obyektlərin tikintisi və təmiri sahəsində görülən işlər, bərpa mərkəzlərinin və sosial xidmət müəssisələrinin fəaliyyəti, Azərbaycan Prezidentinin fərman və sərəncamlarının icrası sahəsində aparılan işlər barədə hesabat məruzələri dinlənilib, həmçinin qarşıda duran vəzifələrin icrası ilə  əlaqədar tapşırıqlar verilib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 Dekabr 2018 17:39 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
10 Dekabr 2018 | 16:23
Dünyanın ən yaxşı dostuna

Ən son xəbərləri səhifəmizdən də izləyin