Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oqtay Hacıyevin yaradıcılıq gecəsi keçirildi

Oqtay Hacıyevin yaradıcılıq gecəsi keçirildi

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası və Radiosunun xalq çalğı alətləri orkestrinin solisti, unudulmaz Xan Şuşinskinin sonuncu tələbəsi Oqtay Hacıyevin yaradıcılığına həsr olunmuş  gecə keçirildi.

Tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyası və Radiosunun "Mədəniyyət" kanalının birgə layihəsi çərçivəsində həyata keçirilib.

Gecənin əvvəlində Oqtay Hacıyevin öz ifasında "Qara tellər" xalq mahnısı səsləndi.

Sonra gecənin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və xanəndənin dostu, şair Ağakərim Nafis Oqtay Hacıyevin həyat  yolu və yaradıcılığından onun ecazkar sənəti haqqında danışdılar.

Tədbirin bədii hissəsində  Xalq artisti Zümrüd Məmmədova,  V.Mustafazadə adına "Sevil" vokal ansamblı, Şəhla Ələsgərovanın bədii rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun xoru, xanəndələr Abgül Mirzəliyev, Türkay Məlikova, Elay Xasıyev, Məftun Məmmədli, Könül Məmmədli, Almaxanım Əhmədli, Elgiz Əliyev, Seymur Məmmədov, müğənnilər Sədaqət Ulduz, Nicat Cəfərzadə, Oqtay Hacıyevin ifa etdiyi xalq və bəstəkar mahnılarını ifa  etdilər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

6 Dekabr 2018 17:34 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin