Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Hərə bir qəhrəman” - Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tamaşa belə adlanır

“Hərə bir qəhrəman” - Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tamaşa belə adlanır

S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU ) “SABAH” qruplarının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Hərə bir qəhrəman” tamaşası nümayiş olunub.

Bədii rəhbəri Böyükxanım Məmmədbəyova olan səhnə əsərinin mövzusu yazıçı Qan Turalının pyesi əsasında hazırlanmış “Hərə bir qəhrəman” adlı birbölümlü həyat hekayəsindən götürülüb.

Quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Amid Qasımov, geyim üzrə rəssamı Könül Vəlibəyli, musiqi tərtibatçısı Emil Əli olan tamaşada universitetin tələbələri Mirsənan Kazımlı, Ziya Ağa, Gövhər Şabanova, Fidan İsmayılova, Mətləb Abuşov, Elçin Əmirov, Toğrul Qasımov və başqaları çıxış edəcək. Səhnə əsəri Cümhuriyyətin qurulmasında müstəsna xidmətləri olmuş, 20 yaşlı deputat Rəhim bəy Vəkilovun, Mədinə Vəkilovanın, həmçinin 23 yaşında Cümhuriyyətimizin ilk daxili işlər naziri olmuş Mustafa bəy Vəkilovun həyat hekayəsindən bəhs edir.

Qrupun səhnə hərəkəti müəllimi Ceyhun Dadaşov, səhnə danışığı müəllimi Nadir Hüseynovdur.

Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

 

M.MÜKƏRRRƏMOĞLU,
“Xalq qəzeti”

6 Dekabr 2018 17:32 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin