Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çağrı mərkəzi tərəfindən 147,5 min müraciət cavablandırılıb

Çağrı mərkəzi tərəfindən 147,5 min müraciət cavablandırılıb

2018-ci ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 -- Çağrı mərkəzinə vətəndaşlar tərəfindən 147 484 müraciət daxil olub.

Vətəndaşlar əsasən sosial təminat növləri, tibbi-sosial reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb olunma, əmək qanunvericiliyinə əməl olunması, pensiya təyinatı, elektron xidmətlərdən istifadə və s. məsələlərlə bağlı müraciət ediblər. Ümumi müraciətlərin 95,5 faizi və ya 12 218-i sorğu xarakterli olub və sorğuların hər biri ilə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.

Digər müraciətlərdə əksini tapan  məsələlər isə  nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Görülən tədbirlər barədə də vətəndaşlara məlumatlar verilib. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

6 Dekabr 2018 14:55 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
10 Dekabr 2018 | 16:23
Dünyanın ən yaxşı dostuna

Ən son xəbərləri səhifəmizdən də izləyin