• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 25 ° C / 69%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qırğız, tatar, başqırd, uyğur – bunlar bir soydur

Qırğız, tatar, başqırd, uyğur – bunlar bir soydur

Macarıstanda keçirilən Turan Qurultayında Milli Məclisin deputatı  Qənirə Paşayeva tədbir çərçivəsində qardaş Türkiyə və Özbəkistandan gəlmiş nümayəndə heyətləri, Başqırd, Uygur və Noğay türklərinin təmsilçiləri, tanınmış sənət adamları ilə görüşüb.

Görüş zamanı geniş fikir mübadiləsi aparılıb. Türk dövlətlərinin təmsilçilərinə Azərbaycandan danışan millət vəkili Q.Paşayeva Türk dünyasınıın güclənməsində ziyalılarımızın, şair, yazar, sənət adamlarımızın üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb, onlara uğurlar diləyib və ölkəmizə dəvət edib. Q.Paşayeva  “bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq”,-- deyib. 

Görüşlər zamanı Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemi, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından söz açan deputat geniş məlumatlar verib və Qarabağ həqiqətlərinn yayılmasında onları daha fəal olmağa çağırıb.

 Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, tibb üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova , iş adamı Pərvanə Mustafayeva iştirak ediblər.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 2018 15:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin