Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 170 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram: 
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327, № 12, 
maddə 983; 2011, № 2, maddə 85; 2017, № 5, maddə 769, № 12 (I kitab), maddə 2332) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 8.24-1-ci bəndə “xaricdə” sözündən əvvəl “tabeliyində olan qurum vasitəsilə” sözləri əlavə edilsin. 
2. 14.3-cü bəndə “qurumlarının” sözündən sonra “(“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 170 nömrəli Fərmanı ilə müəyyən edilmiş hal istisna olmaqla)” sözləri əlavə edilsin.
3. 14.4-cü bəndə “tabeliyində” sözündən əvvəl “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 170 nömrəli Fərmanı ilə müəyyən edilmiş hal istisna olmaqla,” sözləri əlavə edilsin. 

 

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 dekabr 2018-ci il

5 Dekabr 2018 23:23 - FƏRMANLAR
FƏRMANLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin