Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyalı turistlər Bakıya böyük maraq göstərirlər

Rusiyalı turistlər Bakıya böyük maraq göstərirlər

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda və ya postsovet məkanının digər ölkələrində keçirilən tədbirlərdə istənilən mətbuat təmsilçisinin suallarını məmnuniyyətlə cavablandırır. 
“Rossiya-24” telekanalı isə bu sırada liderliyi əldən vermək istəmir. Bakıda təşkil olunmuş daha bir tədbirdə – XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “­Bakutel – 2018”-də yenə də Azərbaycan Prezidentinə yaxınlaşan və ondan müsahibə götürən rusiyalı jurnalist Odlar Yurduna üz tutmaq istəyən turist həmyerlilərinə mühüm mesajlar göndərmiş oldu. 
Bu fikirləri fəlsəfə elmləri doktoru, professor Telman Hacıyev redaksiyamızın əməkdaşı ilə söhbətində deyib. Alim qeyd edib ki, Prezidentin Azərbaycana gələn turistlər arasında rusların üstünlük təşkil etdiyi barədə fikirləri təkcə statistik göstərici deyil. Dövlət başçımız burada strateji maraqlar üzərində qurulmuş Rusiya – Azərbaycan münasibətlərinin yaxınlaşması barədə mühüm bir mesaj verirdi. Cənab Prezident demək istəyirdi ki, Rusiya ilə münasibətlər təkcə hökumətlər səviyyəsində yox, həm də cəmiyyətlər və insanlar arasında, iqtisadi, siyasi, humanitar, mədəni və əlbəttə ki, turizm sahəsində yaxınlaşır.

 

Hazırladı: 
İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

5 Dekabr 2018 23:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin