• RUB: 0.0253
  • TRY: 0.2664
  • EUR: 1.9848
  • USD: 1.7000

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Fitosanitar xidmətin rəisi Türkiyədə

Dövlət Fitosanitar xidmətin rəisi Türkiyədə

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov, Abşeron Regional Aqrokimya Laboratoriyasının müdiri Rəşad Vahabzadə və Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru Azad İbrahimov Türkiyədə səfərdə olublar.

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin dəvəti ilə baş tutan səfərin əsas məqsədi, qardaş ölkənin kənd təsərrüfatında elmi tədqiqatların planlaşdırılması, aparılması və nəticələrin tətbiqi, aqrar sahədə ətraf mühiti mühafizə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində təcrübəni yaxından öyrənmək, Kənd Təsərrüfat Tədqiqatları və Siyasəti Baş İdarəsində, Torpaq və Su Resursları Mərkəzi Tədqiqat İnstitutunda, Tarla Bitkiləri Mərkəzi Tədqiqat İnstitutunda və İzmir şəhərində yerləşən Bornova Bitki Mühafizəsi İnstitutunda həyata keçirilən tədqiqatlarla tanış olmaqdır.

Nümayəndə heyəti Kənd Təsərrüfat Tədqiqatları və Siyasəti Baş İdarəsində Kənd təsərrüfatı iqtisadiyyatı və layihəsi şöbəsinin müdiri Cengizhan Mizrak, Torpaq və Su Resursları Araşdırmaları Mərkəzi Tədqiqat İnstitutunun direktoru Bülent Sönmez, Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Avropa Birliyi və xarici siyasət şöbəsinin müdiri Gülperi Taşlıyurt və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirərək bitki mühafizəsi və aqrokimya laboratoriyalarının fəaliyyəti sahələrində görülən işləri müzakirə edib, həmçinin əldə edilən nəticələr və təcrübələrlə bağlı qarşılıqlı fikir mübadiləsi aparıblar.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

14 2018 15:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Sentyabr 2018 | 23:04
Bu gün Aşuradır

Ən son xəbərləri səhifəmizdən də izləyin