Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial müdafiənin təminatı dövlətin prioritet vəzifəsidir

Sosial müdafiənin təminatı dövlətin prioritet vəzifəsidir

Son 15 ildə Azərbaycanın dövlət büdcəsi sosialyönümlü və investisiya tutumlu olması ilə diqqət çəkir. Gələn ilin büdcə xərclərinin 33,4 faizinin sırf sosial məqsədlərə yönəldilməsi də bunun əyani təzahürüdür. 
Ölkədə mütərəqqi sosial siyasətin həyata keçirilməsi, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə mühüm önəm verilməsi təsadüfi deyil. Çünki insanlara maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. 
2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əməkqabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyənləşdirilməsi də bunu sübut edir. 
Yeri gəlmişkən, qarşıya qoyulan əsas hədəflərdən biri barədə fikirlərimi bildirmək istərdim. Azərbaycanda reallaşdırılan pensiya siyasəti dövlətin sosial müdafiə təminatında prioritet istiqamət təşkil edir. “Əmək pensiyaları haqqında” qanunun 22-ci maddəsinə ediliən dəyişiklik də məhz bunun bariz ifadəsidir. Xatırladım ki, həmin dəyişikliyə əsasən, pensiyaya çıxacaq şəxs üçün 25 illik dövr, belə demək mümkünsə, hədiyyə veriləcək. Yəni şəxsin sığorta kapitalında 1 manat belə pul varsa, 25 illik dövrü onun üçün sığorta stajı kimi qəbul ediləcək. Bu sığorta stajı 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq.
Bu güzəşt 2006-cı ildən əvvəlki dövr üçün elektron bazanın olmaması ilə bağlıdır. Belə ki, vətəndaşlar göstərilən dövrdə olan sığorta stajının təsdiqi üçün arxivlərə, yaxud ləğv olunmuş müəssisələrə müraciət etməli olurdular. Bundan sonra isə dövlət 1 yanvar 2006-cı il tarixə qədər olan dövrü avtomatik olaraq 25 illik staj kimi qəbul edəcək. 2006-cı ildən sonra elektron baza olduğu üçün pensiyaya çıxacaq şəxsin sığorta stajı və ödədiyi sığorta haqları isə baza əsasında müəyyənləşdiriləcək. Beləliklə, yeni dəyişikliyə əsasən, 100 minə yaxın insanın pensiya hüququ yaranacaq. 
Onu da xatırladım ki, gələn il 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq, 73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək. Gələn il həmçinin 38 min şəxsin aylıq gəliri 48 faiz artacaq. 2019-cu ildən başlayaraq Azərbaycan vətəndaşlarına pensiya təminatı avtomatlaşdırılmış qaydada aparılacaq.

Rəfail Allahverdiyev, 
iqtisad üzrə fəlsəfə doktoru

 

5 Dekabr 2018 23:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin