Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 519 Bakı şəhəri, 1 dekabr 2018-ci il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında atçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli 134 nömrəli, “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2007-ci il 5 oktyabr tarixli 156 nömrəli, “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in təsdiq edilməsi haqqında” 2007-ci il 28 dekabr tarixli 213 nömrəli, “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 21 aprel tarixli 66 nömrəli, “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2011-ci il 9 mart tarixli 38 nömrəli, “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 24 dekabr tarixli 401 nömrəli, “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 12 may tarixli 202 nömrəli, “Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması halları və Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 12 may tarixli 203 nömrəli və “Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 12 may tarixli 204 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1921 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 24 avqust tarixli 134 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 859; 2008, № 9, maddə 853) ilə təsdiq edilmiş “Atçılıq təsərrüfatının zavod kateqoriyasına aid edilməsi Qaydaları və Şərtləri”nin 2.1.6-cı yarımbəndində “dövlət baytarlıq xidmətinin” sözləri “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 156 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 10, maddə 1016; 2009, № 1, maddə 34; 2014, № 7, maddə 941; 2015, № 2, maddə 227) aşağıdakı dəyişikliklər edilsin:
2.1. preambuladan “1.12-ci, 1.13-cü, 1.14-cü, 1.15-ci, 1.21-ci,” sözləri çıxarılsın;
2.2. 1-ci hissədən “Heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda onların fəaliyyətinin müvəqqəti dayandırılması və ya qadağan edilməsi, həmçinin dövlət baytarlıq orqanlarının icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi Qaydaları”,” sözləri çıxarılsın və həmin hissədə “Xüsusi təhlükəli xəstəliklər baş verdikdə karantin və digər məhdudiyyət tədbirlərinin tətbiqi Qaydaları” sözləri “Xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə birgə karantin polis və baytarlıq nəzarəti postlarının sayı və yerləşdirilməsi Qaydaları” sözləri ilə əvəz edilsin;
2.3. həmin Qərarla təsdiq edilmiş “Xüsusi təhlükəli xəstəliklər baş verdikdə karantin və digər məhdudiyyət tədbirlərinin tətbiqi Qaydaları” üzrə:
2.3.1. adı aşağıdakı redaksiyada verilsin:
“Xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə birgə karantin polis və baytarlıq nəzarəti postlarının sayı və yerləşdirilməsi Qaydaları”;
2.3.2. 1.1-ci bənddə “1.14-cü, 1.15-ci və 1.43-cü bəndlərinin” sözləri “1.43-cü bəndinin” sözləri ilə və “karantin qoyulan ərazidə qoruyucu-karantin, xəstəliyin profilaktikası məqsədilə aparılan spesifik baytarlıq və digər lazımi tədbirlərin həyata keçirilməsini, baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda məhdudiyyət və xəbərdarlıq təyinatlı tədbirlərin görülməsini” sözləri “xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə birgə karantin polis və baytarlıq nəzarəti postlarının sayını və yerləşdirilməsini” sözləri ilə əvəz edilsin;
2.3.3. 2-4-cü hissələr ləğv edilsin;
2.4. həmin Qərarla təsdiq edilmiş “Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı Qaydaları” üzrə:
2.4.1. 1.2-ci bəndin ikinci cümləsi çıxarılsın;
2.4.2. 1.3-cü bənddə “dövlət baytarlıq orqanları” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik)” sözləri ilə və “göstərişlər verilə bilər” sözləri “qərarlar qəbul edilir” sözləri ilə əvəz edilsin;
2.4.3. 1.4-cü bənddə “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri “Agentlik” sözü ilə əvəz edilsin;
2.4.4. 2.1-ci və 3.13-cü bəndlərdə “dövlət baytarlıq orqanları” sözləri “Agentlik” sözü ilə əvəz edilsin;
2.4.5. 3.2-ci bənddə “dövlət baytarlıq orqanının rəhbəri” sözləri “Agentlik” sözü ilə əvəz edilsin;
2.4.6. 3.3-cü bəndin ikinci abzasında “ekspertizası və diaqnostika müayinələrinin” sözləri “ekspertizasının” sözü ilə əvəz edilsin;
2.4.7. 3.9-cu bənddə “dövlət baytarlıq orqanına” sözləri “Agentliyə” sözü ilə əvəz edilsin;
2.5. həmin Qərarla təsdiq edilmiş “Epizootiya əleyhinə fövqəladə komissiyanın yaradılması və fəaliyyəti Qaydaları” üzrə:
2.5.1. 2.1-ci bənddə “Kənd Təsərrüfatı Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin;
2.5.2. 2.2-ci bəndə “tərkibinə” sözündən sonra “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin,” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1348) ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in 1.2-ci bəndində “təbabəti” sözü “xidməti” sözü ilə əvəz edilsin.
4. “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 21 aprel tarixli 66 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 283; 2010, № 1, maddə 66; 2013, № 5, maddə 584; 2015, № 2, maddə 227) aşağıdakı dəyişikliklər edilsin:
4.1. adından və 1-ci hissəsindən “, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi” sözləri çıxarılsın;
4.2. preambuladan “, 1.16-cı” sözləri çıxarılsın;
4.3. həmin Qərarla təsdiq edilmiş “Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları” üzrə:
4.3.1. adından “, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi” sözləri çıxarılsın;
4.3.2. 1.1-ci bənddən “, 1.16-cı” və “, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem və yem əlavələrinin baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi” sözləri çıxarılsın;
4.3.3. 2.3-cü, 3.11-ci, 3.12-ci bəndlər, 4-cü və 5-ci hissələr ləğv edilsin;
4.3.4. 3-cü hissənin adı aşağıdakı redaksiyada verilsin:
“3. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın ölkə ərazisinə gətirilməsi və ölkə ərazisindən aparılması”;
4.3.5. 3.5-ci və 3.6-cı bəndlər aşağıdakı redaksiyada verilsin:
“3.5. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə uyğun olaraq insanların qidalanması, heyvanların yemlənməsi və ya əczaçılıq, kənd təsərrüfatı və sənayedə istifadə edilməsi məqsədilə heyvan mənşəli məhsulların Azərbaycan Respublikasının ərazisinə idxalına yalnız o halda yol verilir ki, ixrac edən ölkənin səlahiyyətli orqanı həmin məhsulların baytarlıq sahəsində beynəlxalq normalara uyğun olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tövsiyə etdiyi nümunələrə uyğun tərtib edilmiş beynəlxalq baytarlıq sertifikatları versin.
3.6. Azərbaycan Respublikasından ixrac edilən heyvanlara və heyvan mənşəli məhsullara idxalçı ölkələr tələb etdiyi halda, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra - Agentlik) tərəfindən baytarlıq sahəsində beynəlxalq təşkilatın tövsiyəsinə uyğun hazırlanmış beynəlxalq baytarlıq sertifikatı verilir.”;
4.3.6. 3.10-cu bənddə “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri “Agentlik” sözü ilə əvəz edilsin;
4.3.7. 6.4-cü bənddə “dövlət baytarlıq orqanları” sözləri “Agentlik” sözü ilə əvəz edilsin;
4.3.8. Qaydalara 1-3 nömrəli əlavələrin yuxarı sol küncündə “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə və “dövlət baytarlıq orqanının” sözləri “regional bölmənin” sözləri ilə əvəz edilsin;
4.3.9. Qaydalara 2 və 3 nömrəli əlavələrin mətnlərində “dövlət baytarlıq orqanı” sözləri “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilsin;
4.3.10. Qaydalara 4-18 nömrəli əlavələr ləğv edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 746; 2014, № 8, maddə 1013; 2017, № 5, maddə 981, № 9, maddə 1752; 2018, № 9, maddə 1921) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 
5.1. 17.10-cu bənddə “dövlət baytarlıq nəzarəti orqanları tərəfindən verilmiş keyfiyyət vəsiqəsi (sertifikatı)” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş baytarlıq sertifikatı” sözləri ilə əvəz edilsin və həmin bənddən “vəsiqə,” sözü çıxarılsın;
5.2. 32.14-cü bənddə “quşların, arıların, habelə heyvan mənşəli ərzağın, otun və samanın” sözləri “heyvan mənşəli məhsulların və xammalın” sözləri ilə, “dövlət baytarlıq nəzarəti orqanlarının icazəsini” sözləri “baytarlıq sənədlərini” sözləri ilə əvəz edilsin;
5.3. 42.1.12-ci yarımbənddə “baytarlıq nəzarəti xidmətinin” sözləri “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə və “şəhadətnaməsini” sözü “sənədlərini” sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 232, № 10, maddə 972; 2015, № 2, maddə 227; 2016, № 12, maddə 2226) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1.4-cü bənddə “ərazi baytarlıq idarələrində” sözləri, 1.5-ci bənddə “ərazi baytarlıq idarəsinin” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi” sözləri ilə əvəz edilsin;
6.2. 5.1.3-cü yarımbənddən və 11.1-ci bənddən “Nəzarəti” sözü çıxarılsın;
6.3. 5.1.6-cı yarımbənddə “baytarlıq müəssisələrinə” sözləri “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinə” sözləri ilə əvəz edilsin;
6.4. 8.1.3-cü yarımbənddə “heyvanların (it, pişik və s.) uçota alınmasını, onlarda” sözləri “heyvanlarda (it, pişik və s.)” sözləri ilə və “dövlət baytarlıq nəzarətini” sözləri “müvafiq tədbirlərin görülməsini” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 165; 2018, № 4, maddə 829; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 oktyabr tarixli 446 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”na 9 nömrəli əlavədə “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin” sözləri “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 may tarixli 202 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 973) ilə təsdiq edilmiş “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydaları”nın 2.1.1-ci yarımbəndində “Kənd Təsərrüfatı Nazirliyində” sözləri “Qida Təhlükəsizliyi Agentliyində” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 may tarixli 203 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 974) ilə təsdiq edilmiş “Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması halları və Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
9.1. 3.3-cü bənddə “Kənd Təsərrüfatı Nazirliyinın yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətini, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətini” sözləri “Kənd Təsərrüfatı Nazirliyini, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyini” sözləri ilə əvəz edilsin;
9.2. 3.9-cu bənddə “Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin” sözləri “Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 may tarixli 204 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 975) ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
10.1. 2.3-cü bənddə “Kənd Təsərrüfatı Nazirliyinın yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətini, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətini” sözləri “Kənd Təsərrüfatı Nazirliyini, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyini” sözləri ilə əvəz edilsin;
10.2. 2.13-cü bənddə “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin” sözləri “Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin” sözləri ilə əvəz edilsin;
10.3. 2.20-ci bənddə “Kənd Təsərrüfatı Nazirliyinın yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin