Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Koza Nostra”dan sonra “Ndrangeta”ya zərbə – 90 nəfər saxlanıldı

“Koza Nostra”dan sonra “Ndrangeta”ya zərbə –  90 nəfər saxlanıldı

İtaliya polisi avropalı həmkarları ilə birgə “Ndrangeta” mafiyasına qarşı genişmiqyaslı əməliyyat keçirib.
Trend-in məlumatına görə, həbslər İtaliya ilə yanaşı eyni vaxtda Almaniya, Böyük Britaniya, Belçika və Cənubi Amerikada həyata keçirilib.
Əməliyatlar nəticəsində “Ndrangeta”nın müxtəlif səviyyələrinə mənsub 90 nəfər saxlanılıb.
Həbs edilənlər barəsində narkotik vasitələrin saxlanması, daşınması, çirkli pulların yuyulması, şantaj və digər ittihamlar irəli sürülüb.
Xatırladaq ki, ötən gün İtaliyanın Siciliya vilayətində keçirilmiş əməliyyat nəticəsində “Koza Nostra”nın “xaç atası” Settimo Mineo həbs olunmuşdu.

5 Dekabr 2018 23:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin