Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxtın rayonlarında qışa hazırlığı xüsusi qərargah əlaqələndirir

Paytaxtın rayonlarında qışa hazırlığı  xüsusi qərargah əlaqələndirir

Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında ərazidə 2018 – 2019-cu illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında icra qurumlarının, təsərrüfat xidmətlərinin, idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələr müzakirə olunmuş, əməli tədbirlər müəyyənləşdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, mövsümə hazırlıq və onun gedişini nəzarətdə saxlamaq üçün RİH-də xüsusi qərargah yaradılmış, tədbirlər planı təsdiq olunmuşdur. Rayon rəhbəri görülmüş işlər haqqında geniş məlumat vermiş, havaların kəskin soyuq, qarlı-şaxtalı keçəcəyi günlərdə qərargah üzvlərinin, ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağını, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə operativ tədbirlər görüləcəyini bildirilmişdir.
Qeyd olunmuşdur ki, əsas və köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilmiş, MKTB-nin tabeliyində olan xüsusi texnikalar saz vəziyyətə gətirilmiş, inventar, qum və duz tədarük edilmiş, xüsusi iş qrafiki  və növbətçilik təsdiq olunmuşdur. 
 Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri Coşqun Cəbrayılov və  Ayaz Hüseynov, paytaxtın ­MKTB-nin rəisi Rəfail Mehralıyev şəhər təsərrüfatının  payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin vacibliyini, paytaxt üzrə bu işlərin gedişini xüsusi qərargahın əlaqələndirdiyini vurğuladılar, şəhər rəhbərliyinin tövsiyə və tapşırıqlarını nəzərə çatdırdılar. 

R.TAHİR, “Xalq qəzeti”

5 Dekabr 2018 23:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin