Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz Subartezian Quyularının İstismarı İdarəsi 2019-cu ildə cari və əsaslı təmir işlərinin yerinə yetirilməsi məqsədilə mal-materialların satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Tovuz Subartezian Quyularının İstismarı İdarəsi  2019-cu ildə cari və əsaslı təmir işlərinin yerinə yetirilməsi məqsədilə mal-materialların satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Lot-1. Nəqliyyat vasitələri, mexaniki və elektrik avadanlıqlarının ehtiyat hissələrinin satınalınması.
Lot-2. İnşaat materiallarının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş,imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyyarlara üstünlük veriləcəkdir:aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, peşəkarlığı,işçi qüvvəsi, idarəetmə səriştəsi, maddi-texniki bazası və etibarlığının olması.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Tovuz Subartezian Quyularının İstismarı İdarəsi, əlaqələndirici şəxs- Hüseynov Mübariz Zakir oğlundan (02231-5-3350) ala bilərlər.
Təşkilat: Tovuz SQİİ Tovuz YXO
VÖEN: 7300113931
Hh: 2353502
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
 Kod: 210005
 VÖEN:1401555071
 Mh:AZ NABZ 01360100000000003944
S.W.İ.F.T.BİK-AIIBAZ2x
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqı statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında ” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 11 yanvar 2019-cu il saat 18.00 -a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 21 yanvar 2019-cu il saat 18.00-a qədər Tovuz SQİ İdarəsinin tender komissiyasına (ünvan:Tovuz səhəri, Təzə kənd kəndi) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 22 yanvar 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

5 Dekabr 2018 23:00 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
10 Dekabr 2018 | 21:10
B İ L D İ R İ Ş
10 Dekabr 2018 | 21:07
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin