Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkir Subartezian Quyularının İstismarı İdarəsi 2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

Lot-1. Subartezian nasosları üçün ehtiyat hissələrinin satınalınması.
Lot-2. Tikinti materiallarının və maşın – mexanizmlər üçün ehtiyat hissələrinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Şəmkir SQİİ-dən (əlaqələndirici şəxs- İ Sarıyevdən, telefon: (050) 673-30-54) ala bilərlər.
Təşkilat: Şəmkir SQİİ
Hh: AZ 37 NABZ 01350100000000001944
“Kapital Bank”ın Şəmkir filialı
Kod: 200479
VÖEN: 9900003611
SWİFT BİK AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidirr).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla 11 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 21 yanvar 2019-cu il saat 18.00-a qədər Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Şəmkir SQİİ-yə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 22 yanvar 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

5 Dekabr 2018 22:59 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
25 Oktyabr 2020 | 00:39
B İ L D İ R İ Ş
22 Oktyabr 2020 | 03:09
BİLDİRİŞ
22 Oktyabr 2020 | 03:07
B İ L D İ R İ Ş
22 Oktyabr 2020 | 03:06
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə