Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC -nin Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi

 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC -nin Azərbaycan  Hidrotexnika və Meliorasiya  Elm-İstehsalat Birliyi

 

2018-ci   il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə aşağıdakı ixtisaslara qəbul elan edir:

 

 

 

 

 

 

 

 

 

İxtisasın şifri

 

 

İxtisasın adı

Qəbul planı

Fəlsəfə doktoru proqramı üzrə

Elmlər doktoru proqramı üzrə

 

 

 

 

3103.02

Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi

1(qiyabi)

1(qiyabi)

3305.08

Hidrotexniki tikinti

1(qiyabi)

 

5312.01

Sahə iqtisadiyyatı

1(qiyabi)

 

2518.01

Hidrogeologiya

1(qiyabi)

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin    24 noyabr  2018-ci il tarixli 774s nömrəli   sərəncamına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili  olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

-   ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

-     kadrların şəxsi qeydiyyat vərəqi;

            -    tərcümeyi-hal;

-     2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

-     iş staji olanlar üçün əmək kitabçasından çıxarış;

-     iş yerindən xasiyyətnamə;

-   çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

-  ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil barədə sənədlərinin tanınması haqqında şəhadətnamə);

- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa) ;

-  şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

-    ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

-    kadrların şəxsi qeydiyyat vərəqi;

            -   tərcümeyi-hal;

-    2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

-    iş yerindən xasiyyətnamə;

-   əmək kitabçasından çıxarış;

-   çap olunmuş elmi işlərin siyahısı;

-   fəlsəfə doktoru  (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

-  ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması barədə şəhadətnamə);

-  şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktoranturaya sənədlər elan dərc olunan gündən bir ay müddətinədək qəbul edilir.

Ünvan: Bakı şəhəri, İ.Dadaşov küçəsi 324,Az-1130,902-ci otaq.

Müdiriyyət

5 Dekabr 2018 22:53 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
10 Dekabr 2018 | 21:10
B İ L D İ R İ Ş
10 Dekabr 2018 | 21:07
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin