Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BAKI BİZNES UNİVERSİTETİ 2018/2019-cu tədris ili üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul ELAN EDİR

Bakı Biznes Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli 774s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2018-ci il üçün doktorant  və dissertant hazırlığı üzrə qəbul planları” na əsasən 2018/2019-cu tədris ilində iqtisad elmləri elm sahəsinə aid aşağıdakı ixtisaslardan fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir:

 

 

 

 

İxtisasın şifri

Elm sahələri və ixtisaslar

Fəlsəfə doktoru proqramı üzrə

Doktoranturaya qəbul planı

 

Cəmi

O cümlədən

Büdcə hesabına

Ödənişli əsaslarla

əyani

qiyabi

əyani

qiyabi

5303.01

Mühasibat uçotu

3

 

 

2

1

5308.01

Ümumi iqtisadiyyat

2

 

 

1

1

5312.01

Sahə iqtisadiyyatı

2

 

 

1

1

 

Cəmi:

7

 

 

4

3

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsilin magistratura səviyyəsini bitirən və yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. Rektorun adına ərizə
  2. Kadrların şəxsi-qeydiyyat vərəqi
  3. Tərcümeyi-hal
  4. 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə)
  5. İş yerindən xasiyyətnamə
  6. Əmək kitabçasından çıxarış (iş stajı olanlar üçün)
  7. Çap olunmuş elmi əsərlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat
  8. Ali təhsil müəssisəni bitirimək haqqında diplomun (bakalavriat və magistratura səviyyələri üzrə diplomların surətləri və diploma əlavə) notarial qaydada təsdiq edilmiş surətləri (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil barədə sənədlərin tanınması haqqında şəhadətnamə)
  9. Şəxsiyyəti təsdiq edən sənədin surəti
  10. Xarici dil biliklərinə dair beynəlxalq sertifikat (əgər varsa)

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən (rus dili istisna edilməklə) və fəlsəfədən ali təhsilin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramı həcmində qəbul imtahanları verirlər.

Doktoranturaya daxil olmaq istəyənlər nəzərdə tutulan elmi rəhbərlərinin razılıq məktubunu təqdim etməlidirlər. Qəbul komissiyası müsabiqənin nəticələri, referata verilən rəy və təqdim olunmuş sənədlər əsasında qəbul imtahanlarına buraxılmaq haqqında qərar qəbul edir. Doktoranturaya daxil olmaq istəyənlərə imtahanlara buraxılmaq haqqında bildiriş verilir və bu bildiriş iş yerində, əməkhaqqı saxlanılmaqla məzuniyyət verilməsi üçün əsas sayılır. Doktoranturaya sənədlər elan dərc olunduğu gündən 2019-cu il yanvarın 7-nə qədər şənbə, bazar və istirahət günlərindən başqa hər gün saat 9.00-dan 17.00-a kimi Bakı Bzines Universitetinin doktorantura və magistratura şöbəsində qəbul edilir.

Əlaqə telefonu (+99412) 431 91 18 (dax. 112).

Ünvan: AZ1122, Bakı şəhəri, H.Zərdabi küçəsi 88a.

REKTORLUQ

5 Dekabr 2018 22:52 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
25 Oktyabr 2020 | 00:39
B İ L D İ R İ Ş
22 Oktyabr 2020 | 03:09
BİLDİRİŞ
22 Oktyabr 2020 | 03:07
B İ L D İ R İ Ş
22 Oktyabr 2020 | 03:06
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə