Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi 2019-cu ildə penitensiar xidmətin və tibb baş idarəsinin tabe qurumlarında dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin satınalınması ilə əlaqədar açıq tender elan edir

Tender 1 (bir) lot üzrə keçirilir.
 1.Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin satınalınması. 
Müqavilə müddəti – 2019-cu il ərzindədir.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara, iri müəssisə və təşkilatlarda dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasında təcrübəyə malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 100 (yüz) manat məbləğdə pul vəsaitini aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Ceyhun Hacıbəyli küçəsi 16 və 18 nömrəli ünvanlarda yerləşən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən (əlaqələndirici şəxs – Əliyev Emin İman oğlundan, telefon: 493-36-32 ) ala bilərlər.
Təşkilat: 9 saylı Xəzinə İdarəsi 
Hh: AZ31CTRE 00000000000002478301
 VÖEN: 1700383261
Bank: DXA
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ85NABZ 01360100000003003944
S.W.I.F.T: CTREAZ22
 Büdcə təsnifatı kodu- 142340 
Büdcə səviyyə kodu-7 
ƏN Tibb Baş İdarəsi
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır). 
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidirr).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-cu il yanvarın 22-si saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-cu il yanvarın 29-u saat 18.00-a qədər, Bakı , Ceyhun Hacıbəyli küçəsi 16 və 18 nömrəli ünvanlarda yerləşən ƏN Tibb Baş İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 2019-cu il yanvarın 30-u saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

5 Dekabr 2018 22:48 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
22 Oktyabr 2020 | 03:09
BİLDİRİŞ
22 Oktyabr 2020 | 03:07
B İ L D İ R İ Ş
22 Oktyabr 2020 | 03:06
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə