• RUB: 0.0249
  • TRY: 0.2688
  • EUR: 1.9876
  • USD: 1.7000
  • Bakı + 23.8 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın vitse-prezidenti Monqolustanda

AMEA-nın vitse-prezidenti Monqolustanda

Monqolustan Respublikasının paytaxtı Ulan-Bator şəhərində VII beynəlxalq Altay topluluqları konfransı keçirilib. www.science.gov.az saytı yazır ki, tədbir Türkiyə Altay Topluluqları Qurumu, Monqolustan Elmlər Akademiyası və Monqolustan Texnologiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Monqolustan, Türkiyə, Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Qazaxıstan, Vyetnam və Qırğızıstandan alimlərin qatıldığı tədbirdə ölkəmizi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli təmsil edib. O, tədbirdə “Gəmiqaya-Qobustan qayaüstü rəsmlərindən Orxon yazılarınadək” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Gəmiqaya-Qobustan qayaüstü rəsmlərindəki piktoqraflar və damğaların ümumtürk yazı mədəniyyətinin formalaşmasındakı rolundan və Orxon abidələrində Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə səsləşən motivlərdən bəhs olunub.

Azərbaycanlı alim tədbirdə Beynəlxalq Monqolşünaslar Assosiasiyasının üzvü seçilib. İ.Həbibbəyli daha sonra Monqolustan Elmlər Akademiyasının prezidenti, akademik Duqer Reqdellə görüşüb. Görüşdə iki ölkənin ali elmi qurumu arasında əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib, həmçinin Bakıda və Ulan-Batorda Orxon yazılı abidələrinə və ortaq tarixi problemlərə həsr olunan birgə elmi tədbirlərin keçirilməsi barədə razılığa gəlinib.

Monqolustanda keçirilən tədbirlər çərçivəsində AMEA-nın Ədəbiyyat İnstitutuilə Monqolustan EA-nın Dil və Ədəbiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrə dair müqavilə imzalanıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

14 2018 14:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2018 | 18:13
UTECA-da Bilik Günü qeyd olunub
18 Sentyabr 2018 | 15:34
Hindistanlı təlimçilər Lahıcda
18 Sentyabr 2018 | 15:33
Üzgüçünün ikiqat sevinci
18 Sentyabr 2018 | 15:25
Romanın Olimpiya stadionunda
18 Sentyabr 2018 | 15:23
Heyət məlumdur
18 Sentyabr 2018 | 15:11
Starta iki gün qalır

Ən son xəbərləri səhifəmizdən də izləyin