Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə şəhərində fəaliyyət göstərən şadlıq sarayı və ictimai-iaşə obyektlərində monitorinqlər davam etdirilir

Gəncə şəhərində fəaliyyət göstərən şadlıq sarayı və ictimai-iaşə obyektlərində monitorinqlər davam etdirilir

Gəncə şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinq və araşdırmalar aparılır. Keçirilən monitorinqlər zamanı ictimai-iaşə obyektlərindən 17-nin ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb.

Analizlərin nəticələrinə əsasən 15 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı akt və protokol yazılıb,  cərimələr tətbiq edilib. Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, aparılan araşdırma və monitorinq zamanı yalnız “Münasib” və “Qızıl saray” şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı  məlum olub.

Hazırda digər ictimai-iaşə obyektlərdə monitorinq və araşdırmalar davam etdirilir.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

5 Dekabr 2018 18:06 - EKOLOGİYA
EKOLOGİYA
7 Dekabr 2018 | 18:42
Brakonyerlər saxlanılıb
6 Dekabr 2018 | 19:29
Mətbuat konfransı keçirilib
4 Dekabr 2018 | 17:58
Yaponiyada yay havası

Ən son xəbərləri səhifəmizdən də izləyin