• RUB: 0.0255
  • TRY: 0.2716
  • EUR: 1.9852
  • USD: 1.7000
  • Bakı + 23.9 ° C / 44%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

6 ayda avtomobil qəzalarında 12 sərxoş sürücü həlak olmuşdur

6 ayda avtomobil qəzalarında 12 sərxoş sürücü həlak olmuşdur

Azərbaycanda ilin ötən 6 ayı ərzində baş vermiş yol-nəqliyyat hadisələri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz azalmışdır. Qəzaların 47,5 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,5 faizi (2,2 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 19 faizi (1,9 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir.

Avtomobil qəzaları nəticəsində həlak olanların 79,7, yaralananların isə 75 faizi kişilər olmuşdur. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması zamanı ölüm və ya xəsarətlə nəticələnən 23 hadisədə 12 nəfər həlak olmuş, 19 nəfər yaralanmışdır. Belə qəzaların 69,6 faizini minik avtomobillərinin sürücüləri törətmişlər.

 

R.TAHİR,
“Xalq qəzeti”

 

14 2018 14:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin