• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 25 ° C / 69%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT-nin Baş katibi Xəzərin hüquqi statusunun müəyyən edilməsini alqışlamışdır

BMT-nin Baş katibi Xəzərin hüquqi statusunun müəyyən edilməsini alqışlamışdır

Dünya mediasında yayılmış informasiyada bildirillr ki, BMT-nin Baş katibi Antonio Quterreş, nəhayət, bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında  Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanmasını ümumdünya əhəmiyyətli hadisə kimi dərhal alqışlamış və onu region ölkələrinə uzunmüddətli mübahisələrin həllində kömək edəcək tarixi sənəd adlandırmışdır.

A.Quterreş mətbuat üçün yayılan bəyanatında qeyd etmişdir ki,

bu tarixi sənəd beynəlxalq sülh və təhlükəsizliyin dəstəklənməsi üçün zəruri olan regional əməkdaşlığın vacibliyini nümayiş etdirir. Konvensiya Xəzər dənizinin sahil dövlətləri arasında çoxdankı problemin geniş spektrinin nizamlanması üçün əvəzsiz bir mexanizm, həmçinin regional gərginliyin aradan qaldırılmasında əhəmiyyətli addım olacaq.

 

R.TAHİR,
“Xalq qəzeti”

14 2018 14:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin