Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və ABŞ müdafiə nazirlikləri arasında ikitərəfli hərbi məsləhətləşmələr keçirilib

Azərbaycan və ABŞ müdafiə nazirlikləri arasında ikitərəfli hərbi məsləhətləşmələr keçirilib

Dekabrın 5-də Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş idarəsinin rəisi general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olan Amerika Bİrləşmiş Ştatları Müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin rəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibli “İkitərəfli Hərbi Məsləhətləşmələr” keçirilib.

Müdafiə Nazirliyindən aldığımız məlumatda bildirilir ki, tədbirdə Azərbaycan-ABŞ hərbi əlaqələrinin genişləndirilməsi, təhlükəsizlik, hərbi təhsil, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda həyata keçirdiyi qeyri-döyüş missiyasına verdiyi töhfə və digər qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

L.Kuper Əfqanıstanda keçirilən “Qətiyyətli Dəstək” missiyasında sülhməramlılarımızın nümunəvi xidmətini xüsusi qeyd edib.
Regiondakı vəziyyət haqqında qonaqlara ətraflı məlumat verilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasının vacibliyi vurğulanıb.

 

“Xalq qəzeti”

5 Dekabr 2018 17:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin