Ən son xəbərlər
Dünya Güləş Birliyi yeni reytinq cədvəlini açıqlayıb. Azərbaycan yığma komandasının yeddi üzvü öz çəki dərəcələrində ən yaxşı beş güləşçi sırasına daxildir.
Onlardan ikisi –yunan- Roma üsulu ilə güləşən İslam Abbasov (87 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) siyahıda liderdirlər.
Sərbəst üsulla güləşən Cəbrayıl Həsənov (79 kq), “klassiklər” Eldəniz Əzizli (55 kq), Rəsul Çunayev ( 72 kq) ikinci yerdədirlər, daha bir yunan- Roma güləşçisi Elvin Mürsəliyev (77 kq) dördüncü, sərbəst güləşçi Georgi Edişeraşvilı (57 kq ) beşincidir.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə