Ən son xəbərlər

Son buraxılış
Arxiv

Diqqət: “Whatsapp”da yayılan mesajı açmayın!

Diqqət: “Whatsapp”da yayılan mesajı açmayın!

İki gün öncədən "Whatsapp" vasitəsilə yayılan mesajda 1990-cı ildən 2018-ci ilədək işləmiş insanların Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat mənfəət əldə etmək hüququna malik olması barədə dezinformasiya yayılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov açıqlama verib.
O, bildirib ki, bu məlumatın məqsədi cəmiyyəti ƏƏSMN-nin fəaliyyəti iilə bağlı çaşqınlıq yaratmağa. Mesajda vətəndaşlar qondarma linkə daxil olmağa həvəsləndirilir. F Talıbov deyib: "Ona görə də nazirlik vətəndaşları diqqətli olmağa və həmin mesaja məhəl qoymamağa, oradakı məlumata inanmamağa və göstərilən linkə daxil olmamağa çağırır.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən bununla bağlı aparılmış araşdırmanın nəticələri artıq məlumdur".

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

5 Dekabr 2018 14:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
10 Dekabr 2018 | 16:23
Dünyanın ən yaxşı dostuna

Ən son xəbərləri səhifəmizdən də izləyin