Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtda “Nəqliyyat Könüllüləri” devizi altında aksiya keçirilir

Sumqayıtda “Nəqliyyat Könüllüləri” devizi altında aksiya keçirilir

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ictimai nəqliyyat vasitələrində “Nəqliyyat  Könüllüləri” devizi altında sürücülər və sərnişinlər arasında düzgün ictimai davranış  qaydalarının təbliği məqsədilə  könüllülər qrupu yaradılıb. Maarifləndirmə işində müxtəlif sahələri təmsil edən ictimai fəal gənclər iştirak edib.

 Könüllülərlə görüşdə Baş idarənin rəis əvəzi  Elgün Hümbətov bildirib ki, məqsəd “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında öz əksini tapmış məsələlərin həlli, habelə daha rahat və təhlükəsiz sərnişin daşınmasına şərait yaratmaq və mövcud problemləri aradan qaldırmaqdır. Həmçinin qeyd edilib ki,  Şəhər ərazisində gedən abadlıq-quruculuq işləri çərçivəsində nəqliyyat sistemidə təkmilləşdirilib. Beləki Sumqayıtda sakinlərin ünvanlarına gediş-gəlişi rahat təmin etmək üçün müasir tipli nəqliyyat vasitərindən istifadə olunur.

 Daha sonra şəhər icra hakimiyyəti nəzdində Nəqliyyat MMC-nin şöbə müdirinin müavini Maarif Hüseynov çıxış edərək bildirib ki, maarifləndirmə işində iştirak edəcək könüllülər qrup şəklində nəqliyyat üzrə mütəxəssislərin müşayətilə nəqliyyat vasitələrində sürücü və sərnişinlərin ictimai mədəni davranış qaydalarına riayət etmələri ilə bağlı təbliğat işi aparacaqlar.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

5 Dekabr 2018 13:41 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin