• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Alimlərdən yeni açıqlama - Duz insan orqanizminə ziyan deyil

Alimlərdən yeni açıqlama - Duz insan orqanizminə ziyan deyil

Kanadanın Makmaster universitetinin alimləri duz üzərində apardıqları təqdiqatın nəticələrini açıqlayıblar.

“Ölkə.az"  saytı  bildirir ki, nəticələr "The Lancet" jurnalında dərc edilib.

Məlum olub ki, gün ərzində 5 qramdan az duz qəbul etmək hipertenziya və onunla bağlı yaranan ürək-damar xəstəlikləri riskini artırmır.

Alimlər tədqiqat üçün sidik nümunəsi götürüblər. Bununla da sutkalıq duz istifadəsini qiymətləndiriblər. Eyni zamanda 95 min 767 könüllü şəxsin qan təzyiqi ölçülüb. Təcrübədə iştirak edən insanlar dünyanın 369 yaşayış məntəqəsinin sakinləri olublar və yaşları 30-75 arası dəyişib.

Məlum olub ki, gündə 5 qramdan çox duz istifadə edən insanlar qan təzyiqindən əziyyət çəkirlər. Təcrübənin nəticəsinə əsasən, 5 qramdan çox qəbul edilən duzun hər qramı 2.86 millimetr civə sütunu təzyiqi artırır.

Eyni zamanda,  məlum olub ki, həddən artıq az duz qəbul etmək də ürək-damar xəstəlikləri riskini artırır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2018 14:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin