• RUB: 0.0255
  • TRY: 0.2716
  • EUR: 1.9852
  • USD: 1.7000
  • Bakı + 23.9 ° C / 44%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Coli ruhi xəstəxanaya yerləşdirilib

Coli ruhi xəstəxanaya yerləşdirilib

Hollivud ulduzu Ancelina Coli ruhi xəstəliklərdən əziyyət çəkənlərin qaldığı xəstəxanaya gedib.

“Axşam.az”  saytı  bildirir ki, bu haqda "The Hollywood Weekend" portalı xəbər

yayıb. Bu xəstəxanaya Coli ilk dəfə Bred Pittlə ailəli olan vaxtlarda yerləşdirilib. Məqalədə bildirilib ki, həmin ərəfələrdə aktrisa özünü kök hesab edirmiş. Onun arıqlayıb 44 kiloqrama düşməsi də, ondan sonra olub. 1,69 santimetr boyu olan Colini daha da pis hala qalmaması üçün bu xəstəxanaya yerləşdiriblər. Hazırda isə onun nə üçün bura aparıldığı gizli saxlanılır. Paparassilər güman edir ki, Ancelinanın əsəblərinin korlanmasına qalmaqallı boşanması səbəb olub.

Onun müalicəsi 2 həftə davam edəcək. Bu müddət ərzində Colinin baş rolda çəkildiyi "Malifisenta - 2" filminin çəkilişləri dayandırılıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

14 2018 14:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin