Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi AÇIQ TENDER ELAN EDİR

Tenderin predmeti Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 9 ərazi şöbəsi ilə fiber-optik rabitə kanalının və daxili (lokal) kompüter şəbəkəsinin qurulması, 16 ərazi şöbəsi üçün videomüşahidə sisteminin yaradılması işlərinin satınalınmasıdır.
Tenderdə optik rabitə xətlərinin, lokal kompüter şəbəkələrinin qurulması, videomüşahidə sistemlərinin yaradılması sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik nüfuzlu yerli hüquqi şəxslər iştirak edə bilərlər.
Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən bank hesabına köçürdükdən sonra tenderin Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Heydər Əliyev prospekti 139A nömrəli (405-ci otaq, tel: (+99412) 5654195 (daxili: 2021); e-mail:  [email protected] Natiq Yaqubovdan) ünvandan ala bilərlər.
İştirak haqqı 350 (üç yüz əlli) manatdır.
Təşkilatın adı: Əmlak Məsələləri Dövlət Komitəsi
VÖEN: 2000015631
H/h: AZ84CTRE 00000000000002647970
Büdcə səviyyəsinin kodu – 7
Büdcə təsnifatının kodu – 142340 
Emitent
Dövlət Xəzinədarlıq Agentliyi
Bank kodu: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ 01360100000000003944
İştirak haqqı heç bir halda geri qaytarılmır
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (iddiaçı bir ildən az müddətdə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının analoji işlər (layihələr) üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
- digər sənədlər: işlərin icra edilməsini təmin edəcək işçilər haqqında məlumat (mövcud sertifikatlar əlavə edilməklə), habelə tenderin əsas şərtlər toplusunda göstərilən digər sənədlər.
İddiaçılar tender təklifi və tender təklifinin bank zəmanəti istisna olmaqla digər sənədləri əsli və surətini  2 (iki) nüsxədə təqdim etməlidirlər.
İddiaçılar tender təkliflərini (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) və tender təklifi dəyərinin 2 %-i həcmində bank təminatını (tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz)  bank günü qüvvədə olmalıdır) bağlı, möhürlənmiş, imzalanmış zərflərdə 2 nüsxədə (əsli və surəti) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük üzərində əsli sözü yazılmış nüsxəyə veriləcəkdir.
İddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. 
Tender predmeti üzrə işlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən 45 (qırx beş) təqvim günü müddətində icra olunmalıdır.
     Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-iddiaçının maliyyə göstəricilərinə dair tələblər;
- görülən işlərə dair tələblər;
-ixtisaslı mütəxəssislərə dair tələblər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla)  10 yanvar 2019-cu il saat 11.00-dək, tender təklifini və tender təklifinin bank təminatını isə 21 yanvar 2019-cu il saat 11.00-dək Bakı şəhəri, Heydər Əliyev prospekti 139A   (404-cü otaq) nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 22 yanvar 2019-cu il saat 11.00-da Bakı şəhəri, Heydər Əliyev prospekti 139A nömrəli (309-cu otaq )  ünvanda açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası 

4 Dekabr 2018 21:55 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
22 Oktyabr 2020 | 03:09
BİLDİRİŞ
22 Oktyabr 2020 | 03:07
B İ L D İ R İ Ş
22 Oktyabr 2020 | 03:06
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə