• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Turizm sahəsində tədqiqatlar davam edir

Turizm sahəsində tədqiqatlar davam edir

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Almaniyanın Eichstatt İngolstadt Universiteti ilə əməkdaşlıq çərçivəsində, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) mailiyyə dəstəyi, Dövlət Turizm Agentliyinin təşkilatı dəstəyi ilə ölkəmizin turizm sahəsində tədqiqata ev sahibliyi edir. Qruplar artıq iki hissəyə bölünərək Bakı--Abşeron və Quba--Xaçmaz iqtisadi regionunda tədqiqat əsnasında turizm mütəxəssisləri ilə müsahibələrə başlamışdır.

Bakı--Abşeron qrupu müasir İpək Yolu marşrutunda ölkəmizin turizm sahəsinin vəziyyətini, Quba--Xaçmaz qrupu isə “Davamlı Dəyər Zəncirinin inkişafı Cənubi Qafqazda inkişaf etməkdə olan iqtisadiyyatlar üçün bir sabitlik faktoru kimi” mövzusunda müvafiq regionun turizm obyektlərinin turizm mütxəssisləri ilə  müsahibəyə  başlamışlar. Müsahibələrin təşkilində və turizm sənayesi ilə əlaqələrin qurulmasında gənclərə Xaçmaz, Quba və Qusar Turizm İnformasiya mərkəzləri (TİM) öz dəstəyini əsirgəmir.

Alman professor-tələbə heyətinə tədqiqat zamanı ATMU-nun müsahibədən uğurlar keçmiş tələbə və məzunları yardım edir. Tədqiqatda dəstəklə yanaşı ölkəmizin təbliğatına və Azərbaycanla bağlı həqiqətlərin qonaqlarımıza çatdırılmasına gənclərimiz və tərəfdaşlarımız tərəfindən xüsusi diqqət ayrılmışdır.

Qonaqlara alban xristianlığı və Qədim İpək Yolu marşrutu istiqamətində Balakən, Zaqatala, Şəki, İsmayıllı kimi dilbər guşələrimiz təqdim olunmuş, alban memarlığı, Böyük Qafqazın əsrarəngiz təbiəti, ölkəmizin müvafiq istiqamətinin rəngarəng etnoqrafiyası və mətbəxi təqdim edilərək, cənab Prezident İlham Əliyevin yürütdüyü multikultiralizm siyasəti və onun regionlarda və mərkəzdə verdiyi töfhələrdən söhbət açılmışdır.

Bakı--Abşeron regionunun təqdimatına Qobustan qayaüstü rəsmləri ilə başlanılmış, paytaxtımızın incisi olan İçərişəhər və şəhərimizin görməli yerlərinə ziyarətlə yekunlaşmışdır. Qonaqlar Bakı xanlığının qədim mətbəxinin dadına baxmağa dəvət olunmuş, onlara xalqımızın milli geyimlərinə milli rəqslərimizi sınamaq imkanı yaradılmışdır.

Yay məktəbinin ilk günləri ATMU Kitabxana və İnformasiya Mərkəzində alman professor tərəfindən təşkil olunan təlimlərlə həyata keçirilmişdir. ATMU-nun Elm və İnkişaf məsələləri üzrə prorektoru Anar Eminov aparılacaq tədqiqatın yüksək səviyyədə keçməsi üçün universitet tərəfindən lazımı kömək göstəriləcəyini bildirmişdir.

Qubaya yola düşən qrupun regionla ilk tanışlığı Quba Soyqırımı Memorial Kompleksinə ziyarətlə başlamışdır. Qonaqlar bir əsr öncə xalqımızın başına gələn bəlalarla tarixi sübutları özündə əks etdirən muzey eksponatları vasitəsilə tanış olmuşlar.

Tədqiqat avqust ayının sonuna qədər davam edəcək. Yay məktəbi ərzində ölkəmizin bir çox istiqamətlərinin tədqiqat qrupuna təqdim olunması planlaşdırılır.

Bu fəxrli yolda bizə dəstək olan hər bir kəsə təşəkkürümüzü bildiririk!

 

Zərifə BƏŞİRQIZI,
Xalq qəzeti”

14 2018 14:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin