Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Aşıq Cəlalın sənət yolu”

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbovanın “Aşıq Cəlalın sənət yolu” adlı monoqrafiyası nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib. Folklor İnstitutunun Elmi şurasının qərarı ilə çap edilən monoqrafiyada tanınmış aşıq Cəlal Qəhrəmanovun sənət yolu, yaradıcılığı ilk dəfə geniş şəkildə araşdırılıb. 

www.science.gov.az saytı yazır ki, kitabın elmi redaktorları professorlar Məhərrəm Qasımlı, Rüstəm Kamal, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Elxan Məmmədli və Elçin Qaliboğludur. Kitab folklorşünaslar, aşıqlar, ali məktəblərin filologiya fakültələrinin tələbələri və Azərbaycan aşıq sənəti ilə maraqlananlar üçün dəyərli mənbədir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

4 Dekabr 2018 17:41 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə