Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ruhani: İran heç bir xalqın düşməni deyil və olmayacaq

Ruhani: İran heç bir xalqın düşməni deyil və olmayacaq

Amerika Birləşmiş Ştatları bir gün İranın neft ixracının qarşısını almaq istəyərsə, Fars körfəzindən neftin ixrac olunmayacağını bilməlidir”.

Trend-in məlumatına görə, bunu Simnan vilayətinin əhalisi qarşısında çıxış edən İran Prezidenti Həsən Ruhani deyib.

Onun sözlərinə görə, İran neft satır və satacaq. Neft ixracının qarşısını almaq mümkün deyil:

“ABŞ istəyir ki, İranın dünya ilə əlaqələrini zəiflətsin. İranın hazırda qərbdə İraq və Türkiyə ilə, şimalda Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan, şərqdə Əfqanıstan və Pakistan, cənubda Oman, Qətər və Küveytlə səmimi əlaqələri var. Birləşmiş Ştatlar uzun əsrlər bir-birinin yanında olmuş region ölkələrini ayıra bilməz”.

İran Prezidenti deyib ki, ölkəsi heç bir xalqın düşməni deyil və olmayacaq.

4 Dekabr 2018 15:24 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin