Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Göy quş” tamaşasının premyerası olub

Azərbaycan Dövlət Musiqili Teatrında Fiziki məhdudiyyətli insanların əl işlərindən ibarət sərgi yarmarkasına baxışdan sonra tədbir  ƏSA teatrının əlilliyi olan aktyorlarının ifasında təqdim edilən Moris Metterlinkin “Göy quş” tamaşa-premyerasına baxışla davam edib.

Qeyd edək ki, 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən yaradılan, yeganə inklüziv teatr olan və  dünyada inklüziv incəsənət sahəsində bir ilkə  imza atan ƏSA teatrı əsasən əliliyi olan şəxslərdən ibarət aktyor heyətinə malikdir. ƏSA teatrı yarandığı gündən bu günədək dünya və Azərbaycan ədəbiyyatının şedevr əsərlərini, o cümlədən U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin əsərləri və s. uğurla səhnələşdirib. 

Teatrın təqdim etdiyi mistik-dram janrında olan və 18 aktyorun rol aldığı, 1 saat 15 dəqiqə davan edən “Göy quş” tamaşasında 20-ci əsrin əvvəllərində Belçikada kasıb bir ailənin iki uşağının xoşbəxtlik rəmzi olan Göy quşun axtarışına çıxması əhvalatından bəhs olunur. Sonda uşaqlar, onların valideynləri əsl xoşbəxtliyi kənarda deyil, öz evində, öz yurdunda axtarmağın lazım olduğunu dərk edirlər. Ümumilikdə tamaşa nikbinliyi, özünəinam hissini təşviq edir.

Tədbir iştirakçıları tamaşadan sonra səhnə arxasında əlilliyi olan aktyorlarla görüşüblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 Dekabr 2018 12:56 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə