Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 520 Bakı şəhəri, 1 dekabr 2018-ci il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bruselyoza və vərəmə yoluxmuş heyvanların məcburi kəsilərək zərərsizləşdirilməsi nəticəsində heyvan sahibinə dəyən zərərin kompensasiyasının ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il 8 iyul tarixli 104 nömrəli, “Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən şəxslər üçün xüsusi geyim formasının, fərqləndirici nişanların təsviri və onların təchizat normasının təsdiq edilməsi haqqında” 2003-cü il 13 may tarixli 61 nömrəli, “Dövlət baytarlıq orqanlarının möhürləri və onların istifadə edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 11 yanvar tarixli 2 nömrəli qərarlarının ləğv edilməsi barədə
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1921 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Bruselyoza və vərəmə yoluxmuş heyvanların məcburi kəsilərək zərərsizləşdirilməsi nəticəsində heyvan sahibinə dəyən zərərin kompensasiyasının ödənilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 104 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 444; 2005, № 6, maddə 558) ləğv edilsin.
2. “Azərbaycan Respublikasında dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirən şəxslər üçün xüsusi geyim formasının, fərqləndirici nişanların təsviri və onların təchizat normasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 61 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 5, maddə 247; 2005, 
№ 6, maddə 558; 2009, № 1, maddə 34, № 9, maddə 736; 2015,
 № 2, maddə 227; 2018, № 4, maddə 827) ləğv edilsin.
3. “Dövlət baytarlıq orqanlarının möhürləri və onların istifadə edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan ­Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik ­Toplusu, 2007, № 1, maddə 46; 2014, № 7, maddə 939) ləğv edilsin.
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə