Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milanda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü olacaq

Milanda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü olacaq

ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin vəzifələrini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü ­
Sxofer – ABŞ) vasitəçiliyi ilə dekabrın 5-də Milanda görüş keçiriləcək. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edəcək.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ­danışıqlar prosesi müzakirə olunacaq. 

3 Dekabr 2018 23:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin