Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NASA Günəşə peyk göndərdi

NASA Günəşə peyk göndərdi

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) “Parker Solar Probe” peykini Günəşə göndərib.

Trend-in məlumatına görə, Florida ştatının “Kanaveral” kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır.

“Parker Solar Probe”nin 7 il ərzində 24 dəfə Günəş ətrafında dövr edərək ona rekord yaxın məsafədə - 6,1 milyon kilometr yaxınlaşması planlaşdırılır.

Dəyəri 1,5 milyard ABŞ dolları olan peykin birbaşa Günəş tacına daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.

 

14 2018 12:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə