Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gil daşınması ilə bağlı materiallar prokurorluğa göndərilib

Gil daşınması ilə bağlı materiallar prokurorluğa göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Abşeron rayonu Pirəkəşkül kəndinin Quldar adlanan qış-otlaq sahəsindən  icazəsiz  2222 m3 həcmində gilin qazılaraq 99JP165, 99JL693, 99JL938, 99CV811 dövlət nömrə nişanlı yük maşınları ilə ərazidən daşındığı aşkar olunub.

Araşdırma zamanı gilin daşınmasına rəhbərlik edən şəxsin Abşeron rayon sakini Nəbi Vəlizadə olduğu müəyyən edilib. Faktla bağlı akt tərtib edilib və təbiətə 12221 manat məbləğində ziyan dəydiyi məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Abşeron Rayon Prokurorluğuna göndərilib.

 

Qəzənfər QASIMOV,
“Xalq  qəzeti”

3 Dekabr 2018 16:27 - EKOLOGİYA
EKOLOGİYA
24 Avqust 2019 | 11:50
Braziliyada meşə yanğınları
22 Avqust 2019 | 17:50
Ağac kəsən şəxs cəzalanıb
21 Avqust 2019 | 10:44
Volqoqradda güclü istilər

Köhnə versiyamızdan xəbərləri izlə