→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

YAP-ın sədr müavini Əli Əhmədov Çinin ölkəmizdəki səfiri Çjan Yannyan ilə görüşmüşdür

Avqustun 2-də Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çjan Yannyan ilə partiyanın mənzil qərargahında görüşmüşdür. 
Görüşdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və gələcək inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıldı. Tərəflər görüşdə həmçinin, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əlaqələrdən bəhs etmiş, partiyalararası münasibətlərin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilmişdir.
YAP icra katibinin müavini Siyavuş Novruzov görüşdə iştirak etmişdir.

3 Avgust 2011, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar