→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Ukraynanın Nikolayev şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) təşəbbüsü ilə Ukraynada elan olunmuş "Xocalı ayı" çərçivəsində Nikolayev şəhərində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
UAGB-dən bildirmişlər ki, tədbirdə Nikolayev vilayət administrasiyasının, müxtəlif diaspor təşkilatlarının nümayəndələri və media təmsilçiləri iştirak etmişlər.
Mərasimdə çıxış edən vilayətdəki Heydər Əliyev adına Mədəniyyət və Təhsil Mərkəzinin sədr müavini Yunus Əliyev Xocalı soyqırımı ilə bəşər tarixinin qəddarlıq salnaməsinə imza atan erməni quldurlarının törətdikləri cinayətlərin cavabını verməli olduqlarını bildirmişdir. Y.Əliyev ermənilərin son iki əsrdə Azərbaycanın tarixi ərazilərində törətdikləri soyqırımı, deportasiya və işğalçılıq siyasəti haqqında da ətraflı məlumat vermişdir.
Sonra mərasim iştirakçılarına ermənilərin xalqımıza qarşı soyqırımı və işğalçılıq siyasətindən bəhs edən "Sözün bitdiyi zaman" filmi təqdim edilmişdir.
Nikolayev vilayət administrasiyasının nümayəndəsi İlona Karendo, vilayətin rus icmasının sədri Tamara Belova, Bolqar cəmiyyətinin sədri Denis Jelo və bir sıra diaspor rəhbərləri çıxış etmişlər. Natiqlər ermənilərin Xocalı şəhərində dinc əhaliyə, uşaqlara, qadınlara, yaşlı insanlara qarşı törətdikləri vəhşilikləri əsl soyqırımı adlandırmış, beynəlxalq təşkilatları və dünya birliyini belə bir bəşəri cinayətə siyasi-hüquqi qiymət verməyə çağırmışlar.
Anma mərasimində UAGB-in baş katibi Ayaz Salmanov, birliyin Nikolayev vilayət təşkilatının sədri Xəyyam Dünyamalızadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Cığatel İsaqızı və başqa soydaşlarımız 20 il əvvəl ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktına görə tarix qarşısında cavab verəcəklərinə əminlik ifadə etmişlər.

AzərTAc

19 Fevral 2012, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar