→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. 
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 32-ci maddəsinə əsasən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 107.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması ilə bağlı sorğusuna baxılaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il martın 15-nə təyin edilmiş iclasında baxılacaqdır.

22 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar