→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bəzi aviareyslər təxirə salınmışdır

Azərbaycan ərazisində hava şəraitinin əlverişsiz olması - güclü qar yağması və külək səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda bir sıra aviareyslərin həyata keçirilməsi təxirə salınmışdr.
Heydər Əliyev Beynəlxalq Aeroportundan "APA-ECONOMICS"ə verilən məlumata görə, yanvarın 2-də 05:25-də və 08:00-da həyata keçirilməsi planlaşdırılan "Türk Hava Yolları" aviaşirkətinə məxsus Bakı-İstanbul aviareysi təxirə salınmışdır. Eyni zamanda, Bakı-Minsk, Bakı-Moskva, Bakı-Nijni Novqorod, Bakı-Praqa, Bakı-Frankfurt aviareysləri də təxirə salınmışdır".
Bəzi daxili aviareyslərdə də uçuşlar təxirə salınmışdır.

3 Fevral 2012, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar