→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

"Freedom House" təşkilatının "İnternet azadlığı" reytinqində Azərbaycan 20-ci yeri tutmuşdur

"Freedom House" təşkilatı tərəfindən internetin və rəqəmsal medianın qlobal qiymətləndirməsini əks etdirən "Freedom on the Net 2011" hesabatında "İnternet azadlığı" göstəriciləri üzrə Azərbaycan "İnternetin azad olduğu ölkələr" siyahısında yer almışdır.
"APA-ECONOMICS"in məlumatına görə, hesabatda ölkələr üzrə "İnternet azadlığı" göstəriciləri qiymətləndirilib və bu göstəriciyə görə Azərbaycan 48 balla 20-ci yeri tutmuşdur.
Hesabatda Estoniya, ABŞ və Almaniya tamamilə azad ölkələr kateqoriyasında ilk üçlüyü təşkil edib. İnternetin qismən azad olduğu ölkələr kateqoriyasında Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və Rusiya yer almışdır.
Maraqlısı odur ki, internet istifadəçilərinin sayına görə dünya lideri olan Çin bu siyahıda azad olmayan ölkələr kateqoriyasındadır.
Qeyd edək ki, "İnternet azadlığı" qlobal göstəricisi hər bir ölkədə olan internetin və media azadlığının ölçülməsi məqsədi ilə müəyyənləşdirilmişdir. Burada ölkələr 0-100 bal şkalası ilə qiymətləndirilir. Belə ki, "l0" bala yaxın ölkələr müsbət, "100" bala yaxın ölkələr isə mənfi xarakterizə edilir. "İnternet azadlığı" göstəricisinin hesablanması zamanı şəbəkəyə giriş maneələri, kontent məhdudiyyəti və istifadəçi hüquqlarının pozulması sub-indeksindən istifadə olunur.

8 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar