→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Fransa Senatının nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir

Fransa Senatının Qafqaz üzrə dostluq qrupu sədrinin müavini xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 5-də Azərbaycana səfərə gəlmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları Milli Məclisin, Xarici İşlər Nazirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi şəxsləri qarşılamışlar. 
Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə Natali Qule ilə yanaşı, Azərbaycana xoş münasibət bəsləyən daha beş senator - xanım Silvi Qo-Şaven, Jan-Mari Bokel, Evre More, Andre Rexar, Cani Lorju daxildir. Bu, onların Azərbaycana ilk səfəridir.
Səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirəcəkdir. Görüşlərdə Azərbaycan ilə Fransa arasında ikitərəfli məsələlər müzakirə ediləcəkdir. Bundan əlavə, nümayəndə heyəti qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları bir məntəqə ilə də tanış olacaqlar.
Nümayəndə heyətində təmsil olunanlar Fransa Milli Assambleyası və Senatı tərəfindən qəbul edilmiş "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsi üçün cəza nəzərdə tutan qanun"un əleyhinə səs vermiş senatorlardır.
Fransa Senatı nümayəndə heyətinin Azərbaycana səfəri fevralın 10-da başa çatacaqdır.

AzərTAc

 

 

7 Fevral 2012, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar