→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Fövqəladə Hallar Nazirliyi ilə bp şirkəti fövqəladə halların qarşısının alınmasında birgə əməkdaşlıq edəcəklər

Fevralın 6-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir ilə görüşmüşdür. 
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə K. Heydərov Fövqəladə Hallar Nazirliyi (FHN) və bp şirkəti arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirmiş, gələcəkdə görüşlərin, treninqlərin, təlimlərin keçirilməsinin vacibliyini bildirmişdir.
Rəşid Cavanşir bp şirkətinin FHN ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd etmiş və bu cür görüşlərin, əlaqələrin genişlənməsi üçün geniş imkanlar açacağına ümid etdiyini diqqətə çatdırmışdır.
Görüşdə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və bp şirkəti arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Qarşılıqlı Fəaliyyət Planı" imzalanmışdır.

7 Fevral 2012, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar